Ermənistanın Baş naziri Nikol Paşinyan parlament iclasında çıxış edərkən dövlət rəmzləri ilə bağlı tənqidi açıqlamalar verib.
"Qafqazinfo" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti olmadığını deyib.
Paşinyanın sözlərinə görə, gerbin mərkəzində təsvir olunan Ağrı dağı ilə Nuhun gəmisinin 90-cı illərdə qurulan dövlətə heç bir aidiyyəti yoxdur:
“Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda düşünürəm ki, bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var?".
Son xəbərlər
Son Xəbərlər