Bu görüntülərlə bağlı rəsmi açıqlama

bu-goruntulerle-bagli-resmi-aciqlama
Oxunma sayı: 2878

Xəbər verdiyimiz kimi, balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar  mayın 1-dən sentyabrın 1-dək ölkədə balıq ovu qadağan olunub. 

Mingəçevir rayon sakinləri isə “Qafqazinfo”ya müraciət edərək Alazan çayının Mingəçevir gölünə töküldüyü sahədə qanunsuz balıq ovlandığını bildirib. Qeyd olunub ki, gün ərzində 10-15 qayıq həmin ərazidə tor üsulu ilə balıq tutur. 
 
Məsələ ilə bağlı Mingəçevir Şəhər Su Polis İdarəsinin əməkdaşı Mübariz Mustafayev “Qafqazinfo”ya bildirib ki, təqdim olunan çəkiliş may ayının əvvəlində olub: 

“Ərazidə mütəmadi olaraq monitorinqlər keçirilir, dünən özüm də orada olmuşam. Heç bir qayıqdan söz gedə bilməz. Hazırda da ərazidə ETSN-in əməkdaşları tərəfindən reyd keçirilir.

Həmin şəxslərlə bağlı tədbir görülüb. May ayından bu yana bir neçə dəfə cinayət faktı müəyyən edilib və tədbirlərimiz davam etdirilir”. 

Günel Hacı