"Qafqazinfo”nun məlumatına görə, "Addım Yaradıcı Gənclər Assosiyasının" təşkilatçılığı ilə keçirilən tədbiri təşkilatın sədri Hüseyn Cavadzadə və telejurnalist Günay Malikqızı açıb. Daha sonra media nümayəndələri və Rüstəmin sevənlərinin iştirakı ilə 4 saat davam edən imza mərasimi və fotoset keçirilib. Gələn qonaqlara təşəkkür edən model eyni zamanda xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlidən də söhbət açıb:
“Bu görüşü heç vaxt unutmayacam, həyatıma qızıl hərflərlə yazıldı. Çox sağ olun vaxtınızı ayırıb mənimlə görüşə gəldiniz. Bu görüşün diğər vacib məqamlarından biri isə xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli üçün burada pul toplanmasıdır. Gəlin birləşib o qıza yardım edək. Allah şəfa versin”.
Təşkilatçı Hüseyn Cavadzadə isə modelə dəstək olduqlarını bildirib: " Biz adımızdan göründüyü kimi hər zaman yaradıcılıq və incəsənə sektorunda fəaliyyət göstərən gənclər dəstək oluruq. Əminliklə söyləyə bilərəmki Rüstəmin uğurlarını model sahəsində heçbir azərbaycanlı əldə etməyib. Biz mütləq belə həmyerlilərimizə sahib çıxmalıyıq”.
Görüşdə ən diqqət çəkən məqam vaxtilə xərçəng xəstəliyindən əziyyət çəkmiş xanımın modelə ağlayaraq təşəkkür etməsi olub. O, vaxtilə xərçəng xəstəsi olduğunu və bu xəstəliyin müalicəsi olduğuna görə Nərminə dəstək olmaq gərəkdiyini bildirib.
Qeyd edək ki, Rüstəm Cəbrayılov “Best model of the World-2007” beynəlxalq müsabiqəsinin qalibi olub.
Könül
Son xəbərlər
Son Xəbərlər