“Bu göstərici 5 faizə bərabərdir” – - İlham Əliyev

bu-gosterici-5-faize-beraberdir-
Oxunma sayı: 1325


“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. O bildirib ki, siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır: “Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan vermişdir. Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik”.