“Bu gözəl oğlanı necə doğmuşam..?”

bu-gozel-oglani-nece-dogmusam
Oxunma sayı: 4305


“Qafqazinfo”nun məlumatına görə, müğənni həmin şeiri bağ evlərindəki köhnə dəftərlərdən birində tapıb: “Yenə köhnə dəftərlərimdən birini tapdım. Bağımız əməlli başlı arxiv imiş. Bu şeiri də oğlum 5-6 yaşında olanda yazmışam. Dostlarımla bölüşmək gəldi qəlbimdən...” 

Yaxşı ki sən varsan, deyirəm Oğlum 

Toppuş əllərin var

Şəkər dilin var 

Yalqızam deməyə 

Haqqım yox demək. 


Məni yaşadacaq əməllərin var 

Həyatın işıqlı səyfəsi Sənsən! 

Çağlayan ruhumun həvəsi Sənsən! 

Qəlbim dayanarsa nəfəsi Sənsən! 

Ömrümə yaraşıq gül tellərin var. 


İşığı gözlərindən alıram Oğlum

Saçdığın şəfəqə mat qalıram Oğlum 

Ağlasan bulud tək doluram Oğlum 

Canıma can qatan gülüşlərin var! 


İsmin mənim üçün xoş gələcəkdir, 

Ən gözəl qızlar səni sevəcəkdir 

Sən artdıqca ana qəlbim böyüyəcəkdir 

Milyonlarla nurlu səhərlərin var! 


Eləki baxıram göyçək üzünə 

Suallar verirəm özüm-özümə. 

Axı mən həmişə çirkin olmuşam! 

Bu gözəl oğlanı necə doğmuşam?