Bu gün 10 şagirddə koronavirus aşkarlanıb - Rəsmi

Bu gün 10 şagirddə koronavirus aşkarlanıb
Oxunma sayı: 7524

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində Covid-19 virusuna dair bu günə olan məlumatı açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7-yə bərabərdir. Bundan başqa, bu gün koronavirusa görə 2 sinif distant təhsilə keçirilib.

Qeyd edək ki, son sutkada 36 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində bu göstərici 7-yə bərabərdir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi