Bu gün 18 minə yaxın şəxs peyvənd olunub

bu-gun-18-mine-yaxin-sexs-peyvend-olunub
Oxunma sayı: 1381

Bu gün Azərbaycanda koronavirus əleyhinə 17 min 623 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 4 min 455, ikinci mərhələ üzrə 13 min 168 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 795 min 049, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 30 min 831, ikinci mərhələ üzrə isə 764 min 218 nəfər təşkil edir.