Bu gün 3 ölkənin müdafiə naziri Qəbələdə görüşür

bu-gun-3-olkenin-mudafie-naziri-qebelede-gorusur
Oxunma sayı: 2723

Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz Qəbələ şəhərinə gəlib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. İsmət Yılmaz məhz üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Azərbaycana gəlib.

Görüş Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli və İsmət Yılmaz arasında baş tutacaq.