"Qafqazinfo" xәbәr verir ki, Azәrbaycanın 4 idmançısı final görüşünә çıxacaq. 60 kq çәki dәrәcәsindә Albert Sәlimov hәlledici görüşdә fransalı Sofian Oumani ilә qarşılaşacaq. Görüş 18:15-dә start götürәcәk.
69 kq çәkidә Pәrviz Bağırov rusiyalı Aleksandr Besputinә qalib gәlmәyә çalışacaq. Görüşün start fiti 18:45-ә tәsadüf edәcәk.
75 kq-da Xaybula Musalov qızıl medal әldә etmәk üçün irlandiyalı Maykl O Reylli üstәlәmәyә çalışacaq. Bu hәlledici qarşılaşma 19:15-dә başlayacaq.
91 kq çәki dәrәcәsindә Abdulkadir Abdulkayev isә ukraynanı tәmsil edәn ermәni әsilli Qevorq Manukyanla mübarizәdә birinci olmağa çalışacaq. Bu görüş 18:45-dә start götürәcәk.
Elsevər
Son xəbərlər
Son Xəbərlər