Bu gün 40 dərəcə isti olacaq

bu-gun-40-derece-isti-olacaq
Oxunma sayı: 1098


“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq. Qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.