Bu gün 40 minə yaxın vaksin vurulub

bu-gun-40-mine-yaxin-vaksin-vurulub
Oxunma sayı: 3394

Bu gün Azərbaycanda koronavirus əleyhinə 38 min 556 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 25 min 546, ikinci mərhələ üzrə 13 min 10 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 milyon 877 min 878, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 885 min 31, ikinci mərhələ üzrə isə 992 min 847 nəfər təşkil edir.