Bu gün Azərbaycanda koronavirus əleyhinə 41 733 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Birinci mərhələdə peyvənd olunanların sayı 17 994, ikinci mərhələ üzrə 23 739 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 530 767, ikinci mərhələ üzrə isə 1 711 960 nəfər təşkil edir.

Son xəbərlər
Son Xəbərlər