“Bu gün 5 saatdan çox birlikdə olduq, vaxt hiss olunmadan keçdi”

bu-gun-5-saatdan-cox-birlikde-olduq-vaxt-hiss-olunmadan-kecdi
Oxunma sayı: 1725

“Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra birgə mətbuat konfransında deyib.

“Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq.

Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşırıq”, - Prezident qeyd edib.