Bu gün 77 mindən çox vaksin vurulub

bu-gun-77-minden-cox-vaksin-vurulub
Oxunma sayı: 1796

Bu gün Azərbaycanda koronavirus əleyhinə 77 785 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 47 560, ikinci mərhələ üzrə 30 225 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 971 686, ikinci mərhələ üzrə isə 2 147 721 nəfər təşkil edir.