Dohada “Taliban” və ABŞ nümayəndələri arasında danışıqlar bu gün yenidən başlayacaq.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mucahid öz tvitter mikrobloqunda məlumat verib.
“Müzakirələr (...) bu gün Qətərdə saat 10: 00-da yenidən başlayacaq”,- deyə o, qeyd edib.
Ötən gecə ABŞ-ın Əfqanıstandakı Barışıq Məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad da Talibanla danışıqların bərpa olunduğunu açıqlayıb.
“Mən yalnız “Taliban”la danışıqları bərpa etmək üçün Dohaya gəldim. Məqsədimiz sülh razılaşmasıdır, qoşunların çıxarılması barədə razılaşma deyil, geri çəkilməsini təmin edəcək bir sülh sazişi... Əfqanıstandakı mövcudluğumuz şərtlərə əsaslanır və istənilən nəticə şərtlərə söykənəcək.
“Taliban” razılaşma bağlamaq istədiklərini açıq şəkildə bildirdi. Yaxşı bir razılaşmaya hazırıq”.
Son xəbərlər
Son Xəbərlər