Bu gün AÇ-2012-nin püşkü atılır

bu-gun-ac-2012-nin-pusku-atilir
Oxunma sayı: 648

Azerisport.az xəbər verir ki, tədbir Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatmaya əsasən AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupa bölünəcək. Artıq bu möhtəşəm turnirə ev sahibliyi edəcək komandaların hansı qruplara düşəcəyi avtomatik olaraq öncədən dəqiqləşib. Belə ki, Polşa A qrupunun 1-ci komandası olacaqsa, Ukrayna da D qrupunun 1-cisi olaraq müəyyənləşdirilib.

Avropa çempionatında iştirak edəcək digər komandalar isə səbətlərə bölünüb. Həmin səbətlərlə aşağıda tanış ola bilərsiz. Hansı ki, bu səbətlərin hərəsindən bir komanda ayrı-ayrı qruplara düşəcək.

1-ci səbət: İspaniya, Hollandiya
2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç
4-cü səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya

Püşkatma nəticəsində aşağıdakı qruplar formalaşacaq:

A qrupu: Polşa
B qrupu:
C qrupu:
D qrupu: Ukrayna