Bu gün açılış olsa da, əyləncə proqramı ləğv edildi

bu-gun-acilis-olsa-da-eylence-proqrami-legv-edildi
Oxunma sayı: 4728

Bu axşam Bakıda açılışı baş tutacaq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı “Nargis” Fondu instaqram hesabında məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olması ilə əlaqədar verilib.

“Açılışda heç bir musiqi olmayacaq, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı isə təxirə salınır”, - paylaşımda yazılıb.