Bu gün Avroliqanın qalibi bəlli olur

bu-gun-avroliqanin-qalibi-belli-olur
Oxunma sayı: 2469

Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulur.

"Qafqazinfo" xəbər verir ki, bu gün turnirin final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gələcək.

Niderlandlı Denni Makkelienin idarə edəcəyi matç “Sevilya”nın 6-cı Avropa Liqası finalı olacaq ki, komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindədir.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra meydana çıxacağı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləyir.

Avropa Liqası
Final
21 avqust

23:00. “Sevilya” (İspaniya) – “İnter” (İtaliya)
Köln. “Reyn Enerji” stadionu.