Bu gün Azərbaycana gəlirlər - Video

bu-gun-azerbaycana-gelirler
Oxunma sayı: 4268

Çində yayılmış koronavirus səbəbindən bu ölkədən Türkiyəyə təxliyyə olunan və Ankarada xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşlarının karantin müddəti başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, onların heç birində koronavirus aşkarlanmayıb. Bu gün xəstəxananı tərk edən 6 həmyerlimiz Azərbaycana yola düşəcək.

Qeyd edək ki, fevralın 1-də içərisində 6 azərbaycanlının da olduğu 42 nəfər Çinin Uhan şəhərindən Türkiyəyə məxsus hərbi təyyarə vasitəsiylə təxliyyə edilmişdi.

                   

                                           

                                          

                            Vuhan'dan tahliye edilip gözlem altında tutulanların hastaneden çıkış görüntüleri paylaşıldı