Bu gün Azərbaycanda koronavirusla bağlı 7420 test aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir. Ölkədə ümumilikdə 188 min 950 test keçirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda 143 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb, 44 nəfər isə sağalıb. Ümumilikdə ölkədə Covid-19-a 2422 nəfər yoluxub, 31 nəfər dünyasını dəyişib, 1620 nəfər isə sağalıb.
771 aktiv xəstənin 22-si reanimasiyadadır, 9-u isə süni tənəffüs cihazına qoşulub.
Son xəbərlər
Son Xəbərlər