Bu gün Azərbaycanda Ramazan bayramıdır

bu-gun-azerbaycanda-ramazan-bayramidir
Oxunma sayı: 1566

Bu gün Azərbaycanda Ramazan bayramıdır.

"Qafqazinfo" xəbər verir, ölkədə Ramazan ayı mayın 6-da başlayıb. Fitr bayramı isə iyunun 5-nə təsadüf edir.

Azərbaycanda Ramazan bayramı iki gün - iyunun 5-i və 6-da qeyd edilir və həmin günlər rəsmi olaraq qeyri-iş günləri hesab olunur. 

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

QMİ Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq, fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür.