Bu gün Bakıda evlənən cütlük nikah şəhadətnaməsini itirdi - Foto

Bu gün Bakıda evlənən cütlük nikah şəhadətnaməsini itirdi
Oxunma sayı: 5749

Bu gün Bakıda evlənən cütlük nikah şəhadətnaməsini itirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nigar Cəfər adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.

O bildirib ki, 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu və 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızının evliliyini təsdiqləyən nikah şəhadətnaməsi bu gün "Nargilə" adlanan ərazidə, 38 nömrəli poliklinka tərəfdə tapılıb.

Qeyd edək ki, cütlük 2 saylı "ASAN xidmət" mərkəzində rəsmi nikaha daxil olub.