Bu gün Bakının 503 küçəsi yuyuldu - Fotolar

bu-gun-bakinin-503-kucesi-yuyuldu
Oxunma sayı: 1830

Bakıda növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.