Bu gün Beynəlxalq Kişilər Günüdür

bu-gun-beynelxalq-kisiler-gunudur
Oxunma sayı: 8652

Hər il noyabr ayının 19-da Beynəlxalq Kişilər Günü qeyd edilir. "Qafqazinfo"nun məlumatına görə, bu gün ilk dəfə 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) qeyd edilməyə başlanıb.

Daha sonra Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd edilib.Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrıseçkiliyi nəzərə çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.

Hazırda Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba bu ölkələr sırasındadır.