Bu ərazidə qaz olmayacaq

bu-erazide-qaz-olmayacaq
Oxunma sayı: 7109

“Lökbatan” QPS-də və “Lökbatan” QTM-də görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 20 sentyabr saat 09:30-dan işlər başa çatanadək adıçəkilən QPS-dən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Qafqazinfo” “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir aparılan müddətdə Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.