Dövlət İmtahan Mərkəzi bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.
DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, imtahanlar 30 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanlar saat 11:00-da başlayacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Bu gün keçiriləcək imtahanlarda 22 902 şagirdin iştirakı nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər