Bu gün buraxılış imtahanı keçirilir

bu-gun-buraxilis-imtahani-kecirilir
Oxunma sayı: 1443

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün növbəti buraxılış imtahanı keçirir.

“Qafqazinfo” xəbər verir ki, imtahanlar Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 

Bu gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830).