Bu gün buraxılış imtahanı var

bu-gun-buraxilis-imtahani-var
Oxunma sayı: 825

Bu gün Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

"Qafqazinfo" TQDK-ya istinadən xəbər verir ki, həmin gün eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.

İmtahanlarda ümumilikdə 55908 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 31254, XI sinif üzrə 24654).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

İmtahanların idarə olunmasına ümumilikdə 79 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 2474 nəzarətçi-müəllim ayrılıb.