Bu gün daha üç matç var

bu-gun-daha-uc-matc-var
Oxunma sayı: 4751

Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turuna start veriləcək.

“Qafqazinfo”  xəbər verir ki, 6-cı oyun günündə 3 qarşılaşma baş tutacaq.

Günün ilk oyunu B qrupu çərçivəsində Xorvatiya və Albaniya yığmaları arasında keçiriləcək.

A qrupunda isə meydan sahibi Almaniya Macarıstanı sınağa çəkəcək. Bu qrupun digər oyunu da Şotlandiya və İsveçrə yığmaları arasında olacaq.

AÇ-2024
19 iyun

B qrupu

17:00. Xorvatiya – Albaniya
Baş hakim: Fransua Leteksye (Fransa).
Hamburq. “Volksparkstadion”.

A qrupu

20:00. Almaniya – Macarıstan
Baş hakim: Danni Makkeli (Niderland).
Ştutqart. “MHP Arena”.

23:00. Şotlandiya – İsveçrə
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Köln. “Reyn Energi” stadionu.