“Qafqazinfo”nun Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 02-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.
Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər