Aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ötən gün də meyitlərin tapılması və götürülməsi prosesi həyata keçirilmişdi.
Son xəbərlər
Son Xəbərlər