Bu gün də İrəvanda aksiya keçiriləcək

bu-gun-de-irevanda-aksiya-kecirilecek
Oxunma sayı: 1362

Bu gün də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Bildirilib ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatı iyunun 13-də də etiraz aksiyasını davam etdirəcək.

Qeyd edək ki, dünənki aksiyada etirazçılarla polis arasında toqquşma baş verib. Ermənistan Daxili İşlər Nazirliyi nəticədə 86 nəfərin saxlanıldığını bildirib.