Bu gün də “Qarabağ”a sevinirik - Fotolar

bu-gun-de-qarabaga-sevinirik
Oxunma sayı: 2470

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib. 

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olaviyo Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andradenin qolu oyuna son nöqtəni qoyub. 

Səfərdə rəqibini iki cavabsız topla üstəyən “köhlən atlar” növbəti III təsnifat mərhələsinə yüksəlib. 

“Qarabağ” bu raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk matç Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Fotolar: Xəyal Vəlizadə