Bakının bir sıra yollarında tıxac yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Xətai prospekti, “Şərq bazarı” istiqamətində sıxlıq müşahidə olunur.