Bu gün dolu yağacaq

bu-gun-dolu-yagacaq
Oxunma sayı: 736

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumatına görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Mülaylim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Nigar