Bu gün Əfv Komissiyası toplaşdı - 100-dək müraciətə baxıldı+ Yenilənib

bu-gun-efv-komissiyasi-toplasdi
Oxunma sayı: 2812

Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir.

“Qafqazinfo”  APA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
 
İclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
 
Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.   
 
Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

***

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.