Bu gün “Eurovision-2015”ın finalı olacaq

bu-gun-eurovision-2015in-finali-olacaq
Oxunma sayı: 2217


“Qafqazinfo”nun məlumatına görə,  “Eurovision-2015”in favoritlərindən hesab olunan azərbaycanlı iştirakçı 24-cü çıxış edəcək. Elnur yenidən İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edəcək.  

“Eurovision-2015” mahnı müsabiqəsinin təmsilçilərinin final mərhələsində çıxış ardıcıllığı belədir: 1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, müsabiqə “İTV” tərəfindən canlı yayımlanacaq.