Bu gün finala kimlər keçəcək? - Fotolar

bu-gun-finala-kimler-kececek
Oxunma sayı: 1647

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.“Qafqazinfo” xəbər verir ki, 18 ölkə təmsilçisi finala keçmək uğrunda mübarizə aparacaq. 

Həmin ölkələr Norveç, Rumıniya, San-Marino, Serbiya, Danimarka, Rusiya, Moldova, Niderland, Avstraliya, Gürcüstan, Polşa, Malta, Macarıstan, Malta, Latviya, İsveç, Monteneqro, Sloveniya və Ukraynadır. 

Bukmeykerlərin proqnozuna görə, finala keçəcək ölkələrin bir neçəsinin adı açıqlanıb.  Məlum olub kİ. Mayın 12-də Lissabonda yenidən çıxış edəcək ölkələr Norveç, San-Marino, Rusiya, Ukrayna, Polşa, Monteneqro ola bilər. 

Norveç təmsilçisi Aleksandr Rıbak nəinki yarımfinalda, hətta finalda qalib olacağı ehtimal edilir.