“Qarabağ” Azərbaycan kubokunu qazandı - Yenilənib

qarabag-azerbaycan-kubokunu-qazandi
Oxunma sayı: 7186

Bu gün Azərbaycan kubokunun final oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, həlledici matçda “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

Qəbələdə keçiriləcək qarşılaşma 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin edib. “Zirə” isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına “bilet” qazanıb. Kubokda uğur qazanmaqla “Qarabağ” qızıl dubl edə, “Zirə” isə tarixində ilk dəfə olaraq kubok qazana bilər. Paytaxt təmsilçisi Qəbələdəki final görüşündə qələbə qazansa, bu, həm də onun çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi ilk ciddi uğuru olacaq.

Azərbaycan kuboku
Final
27 may

 
Qarabağ – Zirə
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Qəbələ şəhər stadionu, 19:00.

***

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçaerd Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı

“Zirə”: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal H

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev

***

Matç başladı

***

"Zirə" hesabı açdı. 18-ci dəqiqədə Keyta fərqlənir.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

"Qarabağ" hesabı bərabərləşdirdi. Abdulla Zubir fərqləndi.

***

Matçda əsas hissə başa çatdı, əlavə vaxt oynanılacaq. 

***

Əlavə vaxt da heç-heçə bitdi. Matç penaltilərə getdi.

***

“Qarabağ” penaltilərdə “Zirə”yə 4:3 qalib gələrək Azərbaycan kubokunun sahibi oldu.