Bu gün gəmilər səfərə çıxmadı

bu-gun-gemiler-sefere-cixmadi
Oxunma sayı: 1539

Bakıda güclü küləyə görə gəmilər səfərə çıxmayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata müvafiq olaraq baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülüb: “Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC -yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıblar. Onlar sığınacaqlarda lövbərdə gözləmə mövqeyindədirlər. Hava şəraiti düzəldikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq”.

Murad Əhməd