Bu gün hava necə olacaq?

bu-gun-hava-nece-olacaq
Oxunma sayı: 1219


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 1-3° isti, gündüz 6-9° isti təşkil edəcək.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

Dağlarda temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.