Bu gün hər şey bəlli olacaq

bu-gun-her-sey-belli-olacaq
Oxunma sayı: 1199


“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 21:00-dan etibarən başlayacaq qala gecəsində 2013-cü ilin ən yaxşı futbolçusunun adı bəlli olacaq. Bu mükafat uğrunda 3 futbolçu mübarizə aparır. Bir il ərzində  demək olar ki, qazanıla biəcək bütün kubokları başı üzərinə qaldıran Frank Riberi, Messinin ucbatından 4 il dalbadal bu mükafata həsrət qalan Kriştiyano Ronaldo və 4 qat “Qızıl top” sahibi Messi. Lakin bu il bir çox ölkələrdə aparılan sorğulara əsasən, Kriştiyano Ronaldo karyerasında II dəfə (ilk dəfə 2008-ci ildə qazanıb) “Qızıl top”u qazanmağa yaxındır. 

Bundan başqa, axşamkı mərasimdə ilin ən yaxşı baş məşqçisi və ilin ən yaxşı qolunun müəllifi (Puşkaş mükafatı) öz sahiblərini tapacaq. Daha bir önəmli hadisə FİFA-nin “ilin 11-liyini” açıqlaması olacaq.


İqbal