Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri-Azərbaycan” filminin premyerası olacaq - Video

bu-gun-heyder-eliyev-merkezinde-dunya-xezineleri-azerbaycan-filminin-premyerasi-olacaq
Oxunma sayı: 1771

Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin premyerası olacaq.

“Qafqazinfo” xəbər verir ki, film Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı, Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi  ilə hazırlanıb.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.

Filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes).

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da hazırlayıb.