Bu gün iki oyun var

bu-gun-iki-oyun-var
Oxunma sayı: 647

Xatırladaq ki, bu görüşün təxirə salınmasına Sumqayıt təmsilçisinin bir sıra oyunçularının müxtəlif yığmalarımızın heyətinə dəvət alması səbəb olmuşdu. Lakin artıq bu oyunun keçirilməsi üçün heç bir problem qalmayıb.

Hər iki komandanın bu oyuna böyük ruh yüksəkliyi ilə çıxacağı bəllidi. “İnter” son turda “Simurq” üzərində qələbə qazanıb və bu qarşılaşmada qələbə qazanmaqla birbaşa üçüncü pilləyə çıxmağı hədəfləyib.

“Sumqayıt Şəhər” isə autsayderlər qrupunda qərarlaşsa da, son turda çempionluğa əsas namizədlərdən sayılan “Qarabağ”a ciddi müqavimət göstərdi və rəqibindən xal aldı. Bernard Raabın yetirmələri indi “bankirlər”i də qələbəsiz yol salmağı hədəfləyiblər. Onlar bu qarşılaşmada hətta ilk qələbələrini qazanmaq istədiklərini də gizlətmirlər.

Premyer Liqa
4-cü turun oyunu
14 sentyabr (çərşənbə)

17:00. SUMQAYIT ŞƏHƏR - İNTER
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Elşən Acalov, Fuad Həsənov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.