Bu gün xalq təqviminə əsasən Novruz bayramının ilk çərşənbəsi - su çərşənbəsidir.
“Qafqazinfo”nun məlumatına görə, inanca əsasən, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Qeyd edək ki, ardıcıl olaraq od çərşənbəsi martın 5-də, yel çərşənbəsi martın 12-də olacaq. İlaxır, yəni torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Azərbaycana bu il yaz fəsli martın 21-də, saat 01.58-də daxil olacaq.
Son xəbərlər
Son Xəbərlər