Bu gün Londona daha 3 lisenziya qazana bilərik

bu-gun-londona-daha-3-lisenziya-qazana-bilerik
Oxunma sayı: 644

“Qafqazinfo”nun Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, sərbəst güləş yığmamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.

Dünən keçirilən püşkatma mərasimindən sonra onların ilk rəqibləri artıq məlumdur:

55 kq – 1/8 final - Uladzislau ANDREYEU (BLR) - Makhmud MAGOMEDOV (AZE)

60 kq – 1/8 final - Toghrul ASGAROV (AZE) - Alexandr KONTOYEV (BLR)

96 kq – 1/8 final - Aslanbek ALBOROV (AZE) - Georgi Atanasov SREDKOV (BUL)

Lisenziya turnirində ilkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.


Ceyhun Əhmədov