Bu gün məhkəməsi idi, təcridxanada öldüyü məlum oldu

bu-gun-mehkemesi-idi-tecridxanada-olduyu-melum-oldu
Oxunma sayı: 3466

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən 63 yaşlı Almas Cəlilovanın məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məlum olub ki, A.Cəlilova istintaq təcridxanasında vəfat edib.

Onun qızı təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınıb və cinayət işinə xitam verilməsini istəyib.

Hakim bildirib ki, A. Cəlilovanın ölüm səbəbi bəlli deyil. Ekspertizanın rəyindən sonra işlə bağlı məhkəmə qərar çıxaracaq.

Murad Əhməd