Bu gün məşəli Aygün Kazımova daşıyacaq

bu-gun-meseli-aygun-kazimova-dasiyacaq
Oxunma sayı: 4066


“Qafqazinfo” xəbər verir ki, bu səfər iyunun 7-si başlayır. Məşəlin Bakıdakı bugünkü daşıyıcısı xalq artisti Aygün Kazımova olacaq. Bu barədə müğənni özü məlumat verib:

“Dostlar, bu gün vətənimizdə keçiriləcək ilk Avropa Oyunlarının məşəli paytaxtımıza gəlir. Böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparacağam. Özümü çox xoşbəxt his edirəm...”.

Qeyd edək ki, Bakı 2015 məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.