Bu gün möhtəşəm derbi var

bu-gun-mohtesem-derbi-var
Oxunma sayı: 1936


“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” “Türk telekom Arena” stadionunda “Beşiktaş”la qarşılaşacaq. Tarxiləri boyu 333 dəfə üz-üzə gələn əzəli rəqiblər bu gün növbəti qarşılaşmaya çıxacaqlar. Birinci dövrədəki oyunda “Qalatasaray” 2-1 hesabı ilə öndə olsa da, oyunun bitməsinə saniyələr qala “Beşiktaş” azarkeşləri stadiona axın ediblər. Bundan sonra Türkiyə Futbol Federasiyası “Beşiktaş”a 3-0 hesablı texniki məğlubiyyət verib. 

333 görüşün 117-si “Qalatasaray”ın, 105-i isə “Beşiktaş”ın qələbəsi ilə başa çatıb. 111 matç bərabərliklə başa çatıb. Bugünkü oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İqbal