Bu gün möhtəşəm futbol var

bu-gun-mohtesem-futbol-var
Oxunma sayı: 653

"Qarabağ" rəqibini öz meydanında qəbul edəcəyi halda, AZAL səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. "Qarabağ" demək olar ki, "Banqa" ilə oyunun taleyini elə səfərdə baş tutan ilk görüşdə həll edib. Litvada 4:0 hesabı ilə qələbə qazanan "Qarabağ" axşamkı oyunda bir qədər rahat oynayacaq.

AZAL-a gəldikdə isə Nazim Süleymanovun komandasının işi heç də asan görünmür. Bakıda baş tutan ilk görüşdə rəqibinə qalib gələ bilməyən AZAL Belorusiyada ya qalib gəlməli, ya məhsuldar heç-heçə (ən azı 2:2) etməlidir.Əks təqdirdə isə AZAL mübarizəni elə birinci mərhələdə dayandırmalı olacaq.

Axşamkı oyunun formal xarakter daşıdığını nəzərə alsaq Qurban Qurbanovun əsasən gənclərə şans verəcəyini gözləmək olar. "Qarabağ" ikinci təsnifat mərhələsində isə Farer adalarının "Streymur" klubu ilə qarşılşacaq. "Qarabağ"dan fərqli olaraq bütün suallara cavab qarşılaşmasında aydınlıq gətirəcək AZAL isə növbəti mərhələyə yüksələcəyi təqdirdə Türkiyənin "Qaziantepspor" klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin ilk görüşləri iyulun 14-də, cavab qarşılaşmaları isə ayın 21-də keçiriləcək.


7 iyul

Avroliqanın birinci təsnifat mərhələsinin cavab qarşılaşmaları

21:00. "Qarabağ" - "Banqa"
Hakimlər: Yuri Mojarovski, Aleksandr Voytyuk, Mikola Levko, Vitali Romanov (hamısı Ukrayna).
Hakim-inspektor: Jozef Marko (Slovakiya).
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə).
(İlk oyun – 4:0)


22:00. "Minsk" – AZAL
Hakimlər: Angel Angelov, Nikolay Angelov, Ventsislav Qavrilov, Aleksandar Kostadinov
(Bolqarıstan).
Hakim-inspektor: Patritiu Abrudan (Rumıniya).
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan).
(İlk oyun – 1:1)